"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı"

ŞOU-BİZNES 17 noyabr 2024, 18:43

Müğənni Əli Mirəliyev mərhum Xalq artisti İlhamə Quliyevanın mirasından danışıb.

Axşam.az xəbər verir ki, "Həftənin qonağı" verilişində qonaq olan Mirəliyev onun qalan pullarının və qızıllarının miqdarını açıqlayıb:

"Onun bütün sənədləri qızım Samirədə idi. Bankda 380 min pulu və evdə seyfdə qızılları var idi. Qızım ona baxırdı, ayağını müalicə edirdi. Rəhmətə gedəndən sonra bacılar başladı o mənimdir, bu mənimdir. Bacıları, dayısı oğlu Eldar başladılar danışdılar. Dedilər ki, hər şey Orxanındır. Amma qanunla düşmədi Orxana. Orxan bütün nə var idi gətirdi müstəntiqə verdi. İlhaməni basdırandan sonra dava düşüb aralarında. Nə etdilər bilmirəm".

Aparıcı Ülvira Qarayevanın "Deyirlər, İlhamə rəhmətə gedəndən sonra sizin qızınız Türkiyədə ev aldı" sözlərinə Ə.Mirəliyev "Evi qızıma mən almışam. Şəhərdə evimi və bağımı satdım qızıma ev aldım" cavabını verib.  

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 noyabr 2024, 23:30
17 noyabr 2024, 20:45
Top