Tribunadan atılan pivə qutusu məşqçinin başını yardı — VİDEO

İDMAN 17 noyabr 2024, 15:35
Azarkeşlərin atdığı pivə qutusu Meksika millisinin baş məşqçisi Xavyer Aqirrenin başını yarıb.

Demokrat.az
xəbər verir ki, hadisə Meksika millisi Millətlər Liqasının (CONCACAF) 1/4 finalında Hondurasa səfərdə 2:0 məğlub olduqdan sonra baş verib.

Aqirre matçdan sonra həmkarını təbrik etməyə gedərkən azarkeşlər ona müxtəlif əşyalar atıblar. Bu zaman pivə qutusu məşqçinin başına dəyib və onun başından qan axmağa başlayıb.

Meksika Futbol Federasiyası CONCACAF-dan hadisənin araşdırılmasını və tədbir görülməsini tələb edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 20:37
12 dekabr 2024, 20:13
12 dekabr 2024, 18:00
12 dekabr 2024, 17:26
Top