Məktəb yeməkxanasında zəhərlənənlərin sayı 200-ü keçib

DÜNYA 16 noyabr 2024, 18:14
Çuvaşıstanda məktəbin yeməkxanasında zəhərlənənlərin sayı 205-ə çatıb, 

Demokrat.az
xəbər verir ki, bu barədə Çuvaşiyanın Səhiyyə Nazirliyi özünün Telegram kanalında xəbər verir.

“Xəstəxanaya yerləşdirilən uşaqların sayı dəyişməz olaraq qalır. 6 xəstə orta ağırdır.199 xəstə, o cümlədən 7 böyüyün vəziyyəti yaxşıdır və ambulator müalicə alırlar”, - deyə şöbədən bildirilib.

Çuvaşiyada 160-dan çox insan zəhərlənmə əlamətləri ilə həkimə müraciət edib. Onların hamısı Novoçeboksarskdakı 4 saylı məktəbin şagirdləri və ya işçiləri olublar. Xəstələrdə Norovirus RNT aşkar edilib.  

Xəstə məktəblilərin valideynlərinin sözlərinə görə, uşaqlar məktəb yeməkxanasında onlara çiy kotlet və turş salatlar verildiyindən şikayətləniblər. Müstəntiqlər məktəbdə saxlama müddəti ötmüş yeməklər aşkar edib, sanitar-epidemioloji qaydaların pozulması faktı ilə bağlı cinayət işi açılıb.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 noyabr 2024, 20:42
Top