16 noyabr 2024-cü il tarixində Hacıqabul rayonunda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı təmizlik aksiyası keçirilmişdir. Rayon İcra Hakimiyyəti əməkdaşlarının və rayonun idarə, müəssisə, təşkilatlarının iştirak etdiyi təmizlik aksiyasında 450 nəfər iştirak etmişdir. Aksiya zamanı Bakı-Qazax magistral avtomobil yolunun Hacıqabul rayonunun ərazisindən keçən hissəsinin sağ və sol tərəflərində, rayonun Atbulaq, Kürdçü, Qızılburun kəndlərində, Navahı, Pirsaat, Muğan, Padar qəsəbələrində, pərakəndə şəkildə atılmış plastik və digər tullantılar toplanaraq xüsusi ayrılmış nəqliyyat vasitəsinə yığılmış və aidiyyəti üzrə tullantı poliqonuna daşınmışdır.
Artıq ənənə şəklin almış belə aksiyaların keçirilməsində məqsəd sağlam ətraf mühitin qorunması, əhali tərəfindən təmizliyə riayət olunmasının təbliğ və təşviq edilməsi, müəyyən olunmayan ərazilərə məişət tullantıları atılmasının qarşısının alınması və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb edilməsidir.