COP29-da xüsusi marşrutlarla daşınan sərnişinlərin sayı AÇIQLANDI

COP29 15 noyabr 2024, 13:56
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı şatllardan istifadə göstəriciləri açıqlanıb. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Demokrat.az-a verilən məlumata görə, tədbirin 4-cü günündə təşkil edilmiş 18 Nəqliyyat Mübadilə Mərkəzindən etibarlı nəqliyyat əlaqəsi təmin edilib və 52 367 sərnişin daşınıb.  
 
COP29-da iştirak edən qonaqların rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə AYNA gücləndirilmiş rejimdə çalışır.

Nəqliyyat əməliyyatlarını təmin etmək üçün BakuBus, Bakı Taksi Xidməti, Azparking əməkdaşları daxil olmaqla ümumilikdə 1600 nəfərdən çox heyət üzvü cəlb edilib. 

Xatırladaq ki, COP29-un ilk günü 35 min, ikinci günü 45 minə yaxın, üçüncü günü 43 min sərnişin şatllarla daşınıb. Bu günədək ümumilikdə 175 mindən çox sərnişinə xidmət göstərilib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top