Hakan Fidan: Ahıska türklərinə hər cür dəstəyi davam etdirəcəyik

GÜNDƏM 14 noyabr 2024, 20:03
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan sosial media hesabında Ahıska türklərinin deportasiyasının ildönümü ilə bağlı paylaşım edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 14 noyabr 1944-cü ildə Gürcüstanın Ahıska bölgəsində təxminən 100 min Ahıska türkünün vətənindən sürgün edildiyini xatırladan Fidan sürgün zamanı həyatını itirənlərə Allahdan rəhmət diləyib.

Hakan Fidan vətənindən didərgin düşmüş bütün Ahıska türklərinin dərdinə şərik olduğunu bildirərək sosial media hesabında bunları yazıb: "Ahıska türklərinin vətənlərinə dönməklərini qətiyyətlə dəstəkləyirik. Ahıska türklərinin vəziyyətini beynəlxalq platformalarda, xüsusilə Avropa Şurasında və Gürcüstan səlahiyyətliləri qarşısında daim izləyirik".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 noyabr 2024, 00:07
14 noyabr 2024, 23:58
14 noyabr 2024, 22:26
Top