Çin “Bayraktar TB2”ni kopyaladı: XY-I

HƏRBİ 13 noyabr 2024, 17:45
Çin “Baykar” istehsalı olan “Bayraktar TB2” zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) ilə oxşar dizayna malik XY-I adlı PUA-nı “Zhuhai Air Show 2024”də nümayiş etdirir.

Demokrat.az xəbər verir ki, PUA Çin Elektron Texnologiyalar Qrupu Korporasiyası (CETC) tərəfindən hazırlanıb.

Dünyanın ən çox ölkəsinə ixrac edilən zərbə PUA-sı olan “Bayraktar TB2” müxtəlif ölkələr tərəfindən hazırlanmış PUA-lar üçün ilham mənbəyi olmağa davam edir.

Çinin CETC şirkəti “Bayraktar TB2” zərbə PUA-sı ilə çox oxşar dizayna malik XY-I adlı PUA modelini ilk dəfə 2022-ci ildə nümayiş etdirib.

CETC “Zhuhai Air Show 2024”də XY-I-nin ən son versiyasını nümayiş etdirib. “Bayraktar TB2”yə bənzər dizaynı ilə seçilən XY-I-nin iki məqsədli PUA kimi həm hərbi, həm də mülki ərazilərdə xidmət edə biləcəyi qeyd olunur. (Ordu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top