“Çin Ermənistan AES-in modernləşdirilməsində iştirak etməyə hazırdır”

DÜNYA 13 noyabr 2024, 14:56
“Bilirik ki, Ermənistan Atom Elektrik Stansiyasında (AES) təmir işlərinin aparılması nəzərdə tutulur, eləcə də yeni AES-in inşası məsələsi müzakirə olunur”.

Demokrat.az xəbər verir ki, bunu Çinin Ermənistandakı müvəqqəti işlər vəkili Çen Min jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Çin bu işlərdə iştirak etməyə və erməni xalqının rifah halının yaxşılaşdırılmasına kömək etməyə hazırdır.

“Biz Ermənistanla enerji sahəsində sıx əməkdaşlığa hazırıq, atom enerjisi sahəsində əməkdaşlıqda maraqlıyıq”, - deyə diplomat vurğulayıb.

Çinin Ermənistandakı müvəqqəti işlər vəkili bildirib ki, Göyçə vilayətində Çin fotoelektrik qurğunun inşası layihəsini həyata keçirir və bu yaxınlarda istifadəyə veriləcək.

“Beləliklə, Çin günəş stansiyaları Ermənistanın enerji sisteminin mühüm hissəsinə çevriləcək”, - deyə o əlavə edib. (Ordu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 noyabr 2024, 13:28
Top