Hadisə

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Demokrat.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onmərtəbəli yaşayış binasında baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 143 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə və şaxtasında 15 p.m elektrik kabeli yanıb.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

NE
Nihadə Eyyubova