Şou-biznes

Hülya Avşar tennis kortuna belə çıxdı: Geyimi oyunu kölgədə qoydu - FOTO

Hülya Avşar tennis kortuna belə çıxdı: Geyimi oyunu kölgədə qoydu - FOTO

Türkiyəli müğənni və aktrisa Hülya Avşar tennis kortunda bu dəfə oyunu ilə deyil, geyimi ilə diqqət çəkib.

Demokrat.az xəbər verir ki, tennisə olan marağı ilə tanınan 62 yaşlı sənətçi korta çəhrayı tüklərlə bəzədilmiş iddialı geyimdə çıxıb. Klassik idman geyimlərindən fərqli seçim edən Avşarın qeyri-adi üslubu obyektivlərdən yayınmayıb.

Raketini əlinə alaraq tennis oynayan sənətçinin geyimində xüsusilə çəhrayı tük detalları ön plana çıxıb. Rəngarəng və diqqətçəkən kostyum Avşarın kortdakı görünüşünə səhnə geyimini xatırladan fərqli hava qatıb.

Hülya Avşarın bu seçimi sosial mediada da maraq doğurub.

Hülya Avşar tennis kortuna belə çıxdı: Geyimi oyunu kölgədə qoydu - FOTO

Jalə