Türkiyəli aktrisa Elvin Levinlerin 10 illik həyat yoldaşı Bülent Kocamanoğlu ilə Balidə keçirdiyi toy mərasimi Türkiyə mətbuatında geniş işıqlandırılıb.
Demokrat.az xəbər verir ki, qəzetlərdən birində yayımlanan xəbərdə cütlüyün soyadları səhv yazılıb. Belə ki, Bülent Kocamanoğlunun adı xəbərdə "Bülent Kuruçakal" kimi təqdim edilib.
Səhvi görən Elvin Levinler isə buna əsəbiləşmək əvəzinə, vəziyyətə yumorla yanaşıb. O, qəzet materialının fotosunu sosial şəbəkə hesabında paylaşaraq yazıb: "Yeni həyat yoldaşım Bülent Kuruçakal, mən də Elvin Kuruçakal. Çox məmnun olduq".
Aktrisanın paylaşımı izləyicilər tərəfindən maraqla qarşılanıb.

Jalə


