COP29-da biz Türkiyə olaraq iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini açıqlayacağıq.
Demokrat.az xəbər verir ki, bunu Türkiyənin ekologiya və şəhərsalma naziri Murat Kurum COP29-da Türkiyə pavilyonunun açılış mərasimində deyib.
Onun sözlərinə görə, COP29-un Azərbaycanda keçirilməsi ilə Türkiyə "bir millət iki dövlət" prinsipi ilə burada daha aktiv iştirak edir:
"COP29-un Azərbaycanda keçirilməsindən əlavə biz bu dəfə iqlim dəyişikliyi ilə bağlı maliyyə mexanizmlərini də müzakirə edəcəyik. (APA)