Erməni KİV-i keçmiş mətbuat katibini ələ saldı

DÜNYA 09 noyabr 2024, 17:53
Ermənistanın “Hraparak” qəzeti Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Arsrun Hovhannisyanı ələ salan məqalə dərc edib.

Demokrat.az xəbər verir ki, məqalədə 2020-ci il noyabrın 7-8-də baş vermiş Şuşa döyüşlərindən və Arsrun Hovhannisyanın həmin vaxt erməniləri aldatmasından, dezinformasiya yaymasından bəhs olunub.

Xatırladaq ki, Azərbaycan tərəfi noyabrın 8-də Şuşanın işğaldan azad olunduğunu bəyan etsə də, bir gün sonra – 9 noyabrda sosial şəbəkələrdə və mətbuatda açıqlamalar verən Arsrun Hovhannisyan şəhərin ermənilərin nəzarətində olduğunu bildirmiş və onu qorumaq üçün "xüsusi əməliyyat" keçirildiyini vurğulamışdı.

“Hraparak” qəzeti bugünkü məqaləsində Hovhannisyanın bəhs etdiyi həmin “əməliyyatı” “Gorbagor əməliyyatı” adlandırıb.

Qeyd edək ki, Artsrun Hovhannisyan hazırda Ermənistan Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Universitetinin komanda-qərargah fakültəsinin rəisi vəzifəsini tutur. O, hərbi fənlərdən dərs deyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top