“Xalqın mədəni sərvəti”nin bağlanış mərasimi — FOTOLAR

MƏDƏNİYYƏT 07 noyabr 2024, 13:21

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dahi Bülbülün əziz xatirəsinə həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsinin təntənəli bağlanış mərasimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin iştirakı ilə baş tutub.

Demokrat.az xəbər verir ki, konsert proqramında Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, İlahə Əfəndiyeva, Səbinə Vahabzadə, solistlər Səma Həmzəyeva, Nigar Cəfərova, Adil Axundov, Rza Xosrovzadə, Fəhmin Əhmədli, Taleh Yahyayev Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun, Nigarın, Həsən xanın ariyası, Xanəndə qızın mahnısı, “Sənsiz”, Asəf Zeynallının “Ölkəm” romanslarını, Cakomo Puççininin “Toska”, “Bohema”, “Edqar” operalarından ariyalar ifa ediblər.

İfaçıları Əməkdar artistlər İlahə Sadıqzadə, Zülfiyyə Sadıqova, Nüşabə İsa, Nigar Hüseynzadə müşayiət ediblər.

 


















 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top