Təhsilin İnkişafı Fondu tərəfindən müəllimlər üçün yeni layihə həyata keçirilir. Artıq tələbələr üçün olduğu kimi müəllimlər üçün də xüsusi təhsil kartları hazırlanacaq. Təhsil sahəsində çalışan hər kəsin yararlanacağı bu kartlarla müəyyən güzəştlər, imtiyaz və endirimlər əldə etmək mümkün olacaq.
Təhsil eksperti Elçin Süleymanov Demokrat.az-a açıqlamasında bu addımı müsbət dəyərləndirib.
E.Süleymanov deyib ki, kartların verilməsində təhsil sahəsində çalışan 300 minlik kontingentdən söhbət gedir:
“Bu, biznes qurumları üçün də faydalı bir marketinq siyasətidir, çünki endirimlərlə daha çox müştəri qazana bilərlər. Bu güzəştlər təkcə iaşə obyektlərini deyil, mədəni təsisatları da əhatə etməlidir. Müəllimlər üçün təhsil kartları ilə muzeylərə, teatrlara, konsertlərə, əyləncə mərkəzlərinə biletlər alarkən endirimlər olmalıdır. Gələcəkdə kart sahiblərinə nəqliyyatda da güzəştlər mümkün ola bilər. Bir çox ölkələrin təcrübəsində təhsil kartlarından nəqliyyatda daha az gedişhaqqı çıxılır. Bu bir sosial layihədir. Düşünürəm ki, bu sistemin Azərbaycanda tətbiqi faydalı olar – həm biznes və dövlət qurumlarına, həm də müəyyən əhali qruplarına”.
Törə Zeynallı
Demokrat.az