Şimali Koreya ən azı yeddi ballistik raket buraxıb.
Demokrat.az FNN telekanalına istinadla xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Gen Nakatani jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, KXDR şimal-şərq istiqamətində ən azı yeddi qısa mənzilli ballistik raket buraxıb. Onların hamısı Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb. Raketlərin uçuş hündürlüyü təxminən 100 kilometr, uçuş məsafəsi isə 400 kilometrə qədər olub.
Nakatani vurğulayıb ki, Yaponiya hökuməti diplomatik kanallar vasitəsilə KXDR-ə etiraz göndərib. O, raket buraxılışının bütün regionda sülh və sabitliyə təhlükə olduğunu qeyd edib.
Qeyd edək ki, oktyabrın 31-də Şimali Koreya özünün ən yeni “Hwasong-19” qitələrarası ballistik raketini buraxıb. Raket 7687,5 kilometr hündürlüyə qalxıb və 1000 km-dən çox məsafə qət edib. Raket 86 dəqiqə rekord müddətdə uçuşda olub.