İlham İsmayılov Türk Xalqlarının əməkdaşlığında xidmətlərinə görə mükafatlandırıldı — VİDEO

GÜNDƏM 04 noyabr 2024, 11:55
Belçikanın Maasmechelen şəhərində Avropa Türk-İslam Birliyinin Mərkəzində görüş keçrilib. 

Demokrat.az
xəbət verir ki, görüşü Belçika-Türkcə Media Birliyinin sədri Huseyin Dönmez açaraq qonaqları salamlamış və sonra

“İRƏVAN - Gizlədilmiş həqiqətlər” sənədli filmi nümayiş etdirilib. 

"Azərbaycanlıların və digər Türk  dilli xalqların əməkdaşlıq Mərkəzi" İctimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov tarixi faktlara əsaslanaraq tədbir iştirakçılarına vaxtilə Qərbi Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi, onların bu torpaqlarda məskunlaşması, əsrlərlə soydaşlarımızın öz ata-baba yurdlarından didərgin salınması və deportasiya edilməsi barədə geniş məlumat vermiş və bu gün qərbi azərbaycanlıların öz doğma torpaqlarına ləyaqətlə və təhlükəsiz qayıdışının təmin edilməsini dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının qarşımızda mühüm bir vəzifə olduğunu qeyd etmişdir. 

Daha sonra Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, "Cəmiyyətin İnkişafi Mərkəzi" İBnin sədri Əhməd Abbasbəyli, LAF TV-nin rəhbəri, əməkdar jurnalist Ləman İsmayılova, ATİB Türk Kultur Mərkəzinin rəhbəri Ahmet Cücük mövzu ilə bağlı çıxış etmişlər. 

Görüşün sonunda Ahmet Cücük İlham İsmayılova Türk Xalqlarının əməkdaşlığında fəaliyyətinə görə plaket təqdim etdib.

Belçikada keçrilən tədbirlərin   Layihə donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top