COP29-un Bakıda təşkili Azərbaycanın bütün dünyada əhəmiyyətli ölkə olduğunu sübut edir

COP29 02 noyabr 2024, 17:56
Mən, ilk növbədə, qardaş və dost ölkəmiz Azərbaycanı beynəlxalq səviyyəli tədbirə ev sahibliyi etməsi münasibətilə təbrik edirəm. Bu tədbirin Bakıda keçirilməsi həm Cənubi Qafqaz, həm də Azərbaycanın özü üçün olduqca mühümdür. COP29-un Azərbaycanda keçirilməsi Gürcüstan üçün də vacib və sevindirici hadisədir. Mən tədbirin təşkilatçılarına uğurlar diləyirəm.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze söyləyib.

İqlim dəyişikliyinin qlobal bir məsələ olduğunu deyən Nikoloz Samxaradze əlavə edib: “Belə qlobal səviyyəli məsələlərin Cənubi Qafqazda müzakirə olunması, nəzərdən keçirilməsi çox mühümdür. COP29-a dünya liderləri də qatılacaq və biz bu tədbirdə Cənubi Qafqazda mövcud olan iqlim məsələsini də müzakirə edəcəyik”.

Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədrinin sözlərinə görə, Azərbaycanın bu təşəbbüsünün beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi onun necə böyük əhəmiyyət kəsb etdiyini bir daha sübut edir. Eyni zamanda, bu böyük konfransın Bakıda keçirilməsi sübut edir ki, Azərbaycan tək regionda deyil, bütün dünyada əhəmiyyətli ölkədir.

Nikoloz Samxaradze deyib: “Biz bu konfransın Bakıda keçirilməsinə çox sevinirik və tədbirin təşkilatçılarına uğurlar arzulayırıq. Bir neçə gün qabaq bizdə seçkilər oldu. Yaxın günlərdə parlament toplaşacaq və biz yeni parlamentdə Azərbaycanla sıx əlaqədə olacağıq. Əminəm ki, qarşıdakı 4 ildə Azərbaycan ilə Gürcüstan arasındakı dostluq, qardaşlıq münasibətləri daha da dərinləşəcək. İqlim dəyişikliyi bütün dünya üçün bir problemdir və bu, Qafqaz regionuna da təsirsiz ötüşmür. Biz parlamentarilər də öz növbəmizdə belə bir qlobal məsələləri müzakirə edəcəyik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top