Bu ölkələrə gedərkən diqqətli olun — turistlərin ən çox oğurluğa məruz qaldığı yerlər

TURİZM 01 noyabr 2024, 10:15
"Quotezone" sığorta şirkətinin mütəxəssisləri sosial şəbəkələrdə istifadəçilərin rəyləri əsasında turistlərin ən çox oğurluğa məruz qaldığı Avropanın 10 ən məşhur turizm ölkəsinin siyahısını hazırlayıb. 

Demokrat.az lent.az-a istinadən bildirir ki, bu antireytinqə İtaliya başçılıq edir. 478 oğurluq faktının qeydə alındığı bu ölkədə ən təhlükəli yer Romadakı Trevi fəvvarəsi hesab edilir.

Hər milyon ziyarətçiyə 251 oğurluq hadisəsinin baş verdiyi Fransa siyahıda ikinci yeri tutub. Parisdəki Eyfel qülləsi yaxınlığı bu ölkədə cibgirlərin ən aktiv olduğu ərazidir.

Cədvəlin üçüncüsü İspaniyada isə 111 turistin başına oğurluq hadisəsi gəlib. Bu baxımdan ölkənin ən pis turizm məkanı Barselonanın piyadalar üçün nəzərdə tutulmuş Las Ramblas küçəsi sayılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top