Paşinyanın həyat yoldaşı 1 milyonluq şam yeməyi təşkil edir

DÜNYA 30 oktyabr 2024, 10:56
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan yenə tənqidlərə hədəf olub.

Demokrat.az
xəbər verir ki, buna səbəb onun oktyabrın 31-də iş adamları üçün giriş bileti 1 milyon dram olan şam yeməyi təşkil etməsidir.

Sosial şəbəkələrdə ermənilər Anna Akopyanın bu addımını tənqid ediblər.

Məlumata görə, Anna Akopyan hələ aprel ayında “uğurlu qadın iş adamlarını” 1 milyon dram dəyərində şam yeməyinə dəvət etmişdi.

Budəfəki milyonluq şam yeməyi kişi iş adamları üçündür. Şam yeməyi oktyabrın 31-də saat 18:00-da İrəvandakı “Livingston” restoranında olacaq.

“Hraparak”ın məlumatına görə, şam yeməyi üçün ödənişlər köçürmə yolu ilə həyata keçirilir. Bir nəfərin iştirakının dəyəri 1 milyon dramdır. Əgər hər hansı şirkətdən 1-dən çox şəxs şam yeməyində iştirak etmək istəsə, hər biri 1 milyon dram ödəməlidir.

“İndiyədək 53 iş adamı tələb olunan məbləği köçürüb və şam yeməyində iştirak edəcək”, - “Hraparak” yazıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top