İngiltərədə yaşayan 11 yaşlı Matilda 1000 nəfərdən birincə rast gəlinən ürək xəstəliyindən dünyasını dəyişib. Matildanın atası Stiv qızının həmişəki kimi yatmağa getdiyini, lakin səhəri gün onun ürəyinin dayandığını gördüklərini deyib.
Demokrat.az xəbər verir ki, İngiltərənin Lids şəhərində yaşayan 43 yaşlı Stiv Pritçard 11 yaşlı qızının yuxuda ölməsindən sonra keçirdiyi iztirablardan danışıb.
"Daily Mail"də yer alan xəbərə görə, şirkət müdiri vəzifəsində çalışan Stiv Priçard qızı Matildanın aprelin 2-nə keçən gecə həmişəki kimi yatmağa getdiyini və heç bir narahatlıq əlaməti olmadığını bildirib.
Lakin ertəsi gün səhər Stiv və həyat yoldaşı, 43 yaşlı Anna Matildanın ürəyinin yuxuda dayandığını görüb. Təcili tibbi yardım işçiləri iki dəqiqə ərzində hadisə yerinə çatsa da, bütün səylərə baxmayaraq, onun xilas etmək mümkün olmayıb.
Onun ölümündən sonra aparılan tibbi müayinə zamanı məlum olub ki, Matildanın ARVD (aritmogen sağ mədəciyin kardiomiopatiyası) adlı diaqnozu qoyulmamış ürək xəstəliyi var imiş.
Həkimlər Matildanın yaşadığı patoloji pozğunluğun 1000 adamdan yalnız birində görüldüyünü və bu insanların əksəriyyətində xəstəliyin ölümcül olmadığını açıqlayıblar.
Ürək əzələlərinin normaldan daha zəif olması səbəbiylə ürəyin qanı pompalamaq üçün daha çox işləməsinə səbəb olan bu xəstəliyin varlığını öyrənən Matildanın ailəsi onlarda da bu xəstəliyin olub-olmadığını öyrənmək üçün müxtəlif testlər etdirib. Stiv eyni vəziyyətin Matildanın 14 yaşlı bacısı Oliviyanın başına gəlməsindən qorxduqlarını deyib: "Olivia üçün narahat idik. Çünki simptomlar 13 yaşından başlayır".
Ailəsi Matildanın heyvansevər və ətraf mühitə həvəsli olduğu, son arzusunun "dünyanı zibildən təmizləmək" olduğunu bildirib. Stiv Matildanın xatirəsini yaşatmaq istədiklərini deyib: "Ümid edirəm ki, kiçik qızımızın zibilsiz dünya arzusunu həyata keçirmə prosesinə başlaya bilərik". Bu məqsədlə Stiv Matildanın beşillik orta məktəb təhsilinin hər ili üçün ianə kampaniyasına başlaylıb.
ARVD nədir?
ARVD diaqnozu ürəyin ölçüsünü yoxlayan skanlardan və ürək ritminin normal döyünmədiyini ölçən testlərdən istifadə etməklə qoyulur. Ürək döyüntüsü, ürəkgetmə, nəfəs darlığı və sinə ağrısı kimi əlamətlərə səbəb ola biləcəyi bildirilir.
Ürəyi dəstəkləyən dərmanlardan istifadə edilməklə və ya kardiostimulyator taxılmaqla ARVD-nin problem kimi aradan qaldırılmağa çalışıldığı, irəli mərhələlərdə ürək əməliyyatı ilə simptomlarının azaldılmasına çalışıldığı vurğulanır.
Jalə
Demokrat.az