Zakir Həsənov Mərakeşə getdi

HƏRBİ 30 oktyabr 2024, 14:10
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərakeş Krallığının Hökumət Başçısı yanında Milli Müdafiə Administrasiyası üzrə səlahiyyətli naziri Abdellatif Ludiyinin dəvəti ilə Mərakeşdə işgüzar səfərdədir.

Müdafiə Nazirliyindən Demokrat.az-a bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov mərakeşli həmkarı ilə görüşüb.

Azərbaycan Respublikasının müdafiə naziri "Mərakeş Aviaşou 2024" sərgisinə dəvətə görə həmkarına təşəkkür edib.
Görüşdə Azərbaycan ilə Mərakeş arasında hərbi, hərbi-texniki əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Azərbaycan Hökuməti adından müdafiə naziri mərakeşli həmkarı ilə "Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş"ini imzalayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top