İsrailin baş naziri Benyamin Netanyahu oğlunun toyunu təxirə salıb.
Demokrat.az xəbər verir ki, buna səbəb baş nazirin evinə PUA hücumu olub.
Netanyahunun kiçik oğlu Avnerin toyu noyabrın 26-da Təl-Əvivin şimalında, Şaron rayonundakı Ronit Farmında təşkil edilməli idi. İsrail mətbuatında yer alan xəbərlərə görə, evinə pilotsuz təyyarənin hücumundan sonra təşvişə düşən Netanyahu təhlükəsizlik baxımından oğlunun toyunu təxirə salmağa qərar verib.
İsrailin KAN telekanalının məlumatına görə, Netanyahu toyun iştirakçılar üçün risk yarada biləcəyini düşünür.
Qeyd edək ki, oktyabrın 19-da Livandan atılan PUA Netanyahunun İsrailin şimalındakı Qeysəriyyə şəhərindəki iqamətgahını vurub. Netanyahu hadisədən sonra İranın proksi qüvvəsi "Hizbullah"ın onu və həyat yoldaşını öldürməyə cəhd etdiyini bildirib:
"Məni və həyat yoldaşımı öldürməyə çalışanlar çox böyük səhv etdilər. Bu məni və İsrail dövlətini düşmənlərimizə qarşı müharibəni davam etdirməkdən çəkindirməyəcək".
Xoşbəxtlikdən hadisə zamanı baş nazir və həyat yoldaşı evdə olmayıb.
Netanyahu bu barədə parlamentdəki qapalı iclasda da hadisədən danışıb və PUA-lardan qorxduğunu etiraf edib: "İndi parlamentə PUA hücumu olsa, hara gedəcəyik? Ən çox qorxduğum PUA-lardır".
Jalə
Demokrat.az