“Seçkidən sonra Gürcüstanda etirazlar hələ bir müddət davam edəcək. Çünki burada bir neçə faktor birləşib. Bu dəfə prezident özü də əhalini etirazlara çağırır, aksiyalarda iştirak edir. Bundan başqa Qərb yönümlü qüvvələr etirazlarda hakimiyyətə qarşı açıq şəkildə birləşiblər. Avropa İttifaqı və ABŞ bu etirazlara dəstək verəcək”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.
T.Rzayevin fikrincə, bəzi Aİ ölkələrinin və ABŞ-nin seçkinin nəticəsini tanımaqdan imtina etməsi etirazçıları aksiyanı davam etdirməyə təşviq edəcək:
“Eyni zamanda ölkədə siyasi böhran yaranma ehtimalı var. Düşünürəm ki, hakimiyyətin bununla bağlı planları var. Böyük ehtimal, hakimiyyət digər partiyalarla koalisiya şəklində 100 deputat yerini əldə etməyi bacaracaq. İstənilən halda etirazlar davam edəcək, hətta hakimiyyəti ələ keçirməyə cəhdlər ola bilər. Amma hakimiyyətin indiki mövqeyindən geri çəkiləcəyini düşünmürəm. Səslər bəzi yerlərdə yenidən sayılsa da nəticəyə təsir etməyəcək və “Gürcü Arzusu” bu şəkildə də nəticələri elan edəcək. Müxalifətin nə qədər möhkəm olması və Qərbin onu nə dərəcədə dəstəkləyəcəyi məsələsi indi əsasdır. Hakimiyyət indi daxili sabitlik yaratmağa çalışacaq, daha sonra isə Aİ ilə münasibətlər daha da pisləşəcək. Aİ və ABŞ Gürcüstana maliyyə sanksiyaları da tətbiq edə bilər. Gürcüstan hakimiyyəti Rusiya ilə daha da yaxınlaşacaq. Aİ və ABŞ ilə münasibətlər soyuyacaq və Gürcüstan onlardan uzaqlaşacaq”.
Törə Zeynallı
Demokrat.az