İranda “siyasi” məhbusların azad edilməsi tələbi ilə dodaqlarını tikən fəal Tehranda oturaq aksiyaya başlayacağını açıqlayıb.
Demokrat.az xarici mənbələrə istinadən xəbər verir ki, Hüseyn Roneki adlı aktivist, X sosial media hesabında paylaşdığı mesajda “siyasi” məhbusların azadlığa buraxılmasını tələb edən, lakin tələbi yerinə yetirilməyəndə intihar etdiyi iddia edilən fəal Kiyanuş Sencerinin tələblərini davam etdirəcəyini bildirib.
Bununla bağlı dodaqlarını tikərkən çəkilmiş fotosunu paylaşan Roneki Tehranın Vəliəsr küçəsinin bir küncündə təkbaşına oturaq aksiyaya başlayacağını açıqlayıb.
Roneki mesajında "Gəlib oturanda məni apara bilərsən. Aparana qədər müqavimətim mənimdir. Kiyanuşun canını verdiyi dava üçün mübarizə aparacağam" deyib.
İranda “siyasi” məhbusların azad olunmayacağı təqdirdə intihar edəcəyini açıqlayan fəal Sencerinin noyabrın 13-də intihar etdiyi iddia edilib.
Senceri 2021-ci ildə etirazlar zamanı ictimai asayişi pozmaqda təqsirləndirilən və ölüm cəzasına məhkum edilən 3 nümayişçinin azadlığa buraxılmasını tələb edib.
Yaxınları daha sonra Sencerinin “Heç kim öz fikrini ifadə etdiyi üçün həbs edilməməlidir” mesajından sonra intihar etdiyini açıqlayıb.
Sosial şəbəkələrdə reaksiyalara səbəb olan bu hadisədən sonra müxaliflər ölkə rəhbərliyini günahlandırıblar.
Tehran Cəza Məhkəməsinin sədri Məhəmməd Şəhriyari mətbuata açıqlamasında hadisənin şübhəli ölüm kimi araşdırıldığını və polisin binadakı təhlükəsizlik kamerası görüntülərini araşdırdığını bildirib.
Sosial mediada bəzi fəallar Sencerinin öldürülə biləcəyini iddia ediblər.
Səncərinin cənazəsi noyabrın 15-də Tehranın Beheşt-i Zəhra qəbiristanlığında dəfn edilib.
Əfsanə Kamal
Demokrat.az