Okan Buruk "Qalatasaray"ın tarixinə düşdü — Avropada cəmi 5 klub var

İDMAN 30 oktyabr 2024, 13:47
Statistikada həm "Qalatasaray", həm də komandanın baş məşqçisi Okan Buruk bütün rəqiblərini geridə qoyur.

Liqada üstünlük təşkil edir. Avropanın 5 ən böyük liqasında yalnız “Siti”, “Yuve”, “B.Münhen”, “Leypsiq” və “PSJ” Q.Saray kimi məğlubiyyətsiz yoluna davam edir.

Demokrat.az xəbər verir ki, derbidə "Beşiktaş"ı məğlub edən "Qalatasaray" baş məşqçinin əzəli rəqibləri ilə görüşlərdə böyük üstünlüyü var.

"Qalatasaray" Okan Burukun rəhbərliyi altında "Beşiktaş" və "Fənərbaxça"ya qarşı 10 oyun keçirib. Bunlardan 7-də qələbə qazanan komanda hər rəqibinə bir dəfə uduzub, bir görüşdə isə qalib müəyyənləşməyib.

Super Liqa tarixində ən az 10 böyük matça ("Qalatasaray", "Beşiktaş", "Fənərbaxça", "Trabzonspor") çıxmış məşqçilər arasında ən yüksək qalibiyyət faizi Okan Burukun payına düşür. O, 14 görüşdə 10 dəfə qalib gələrək, 71 faizlik nəticə göstərib. 

Bundan əlavə, Okan Buruk 2020-ci ildən bəri Super Liqada "Beşiktaş"ı ən çox məğlub edən məşqçidir. Bu seriyada 5 qələbə və 2 məğlubiyyət alan 51 yaşlı çalışdırıcı eyni zamanda "Qalatasaray" tarixində "Beşiktaş"ı qəbul etdiyi ilk 3 liqa matçında məğlub edən ilk məşqçidir.

"Qalatasaray" bu mövsüm liqada məğlub olmayan yeganə komandadır. Avropanın 5 böyük liqasında sarı-qırmızılar kimi məğlub olmayan cəmi 5 komanda var. İngiltərədə "Mançester Siti", İtaliyada "Yuventus", Almaniyada "Bavariya" və "Leyptsiq", Fransada isə PSJ hələ liqada uduzmayıb. 

2024/25 mövsümündə Avropanın 10 ən böyük liqasında duran toplardan ən çox qol vuran klub "Qalatasaray"dır. "Cim-Bom" 5-i cərimə zərbəsindən, 4-ü küncdən zərbəsindən, 3-ü autdan və 1-i penaltidən olmaqla ümumilikdə 13 belə qol vurub.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top