Beynəlxalq səyahətçilər Kəlbəcər və Laçına səfər edib — FOTOLAR

XARİCİ SİYASƏT 27 oktyabr 2024, 16:16
Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik geniş heyətlə Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.

Demokrat.az xəbər verir ki, heyət Füzuli, Xocavənd, Şuşa, Ağdamdan sonra Kəlbəcər və Laçına səfər edib.

Qrupa “Piki Reels” klubunun rəhbəri, Belçika vətəndaşı Yves Bouvie başçılıq edir.

Qeyd edək ki, dünyanın əsas beynəlxalq səyahətçilər klubları 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 dəfə səfər edib. Bu səfərlərdə ümumilikdə 50-dən artıq ölkədən 400 nəfərdən çox dünya miqyaslı beynəlxalq səyahətçi iştirak edib.

Böyük Britaniyanın “Piki Reels” klubunun bu səfəri bu qəbildən olan sayca 12-ci səfərdir. Bu səfərlər işğaldan edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eyni zamanda aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün müstəsna əhəmiyyət daşıyır.












SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 20:37
12 dekabr 2024, 20:13
12 dekabr 2024, 18:00
Top