Bıçaqlanan iki yeniyetmənin vəziyyəti necədir? — TƏBİB-dən AÇIQLAMA

KRİMİNAL 26 oktyabr 2024, 16:20
Xəbər verildiyi kimi ötən gün Xəzər rayonu Buzovna qəsəbəsində iki yeniyetmə bıçaqlanıb. Bıçaqlanan şəxslərdən biri 322 nömrəli məktəbin 11-ci sinif şagirdi, digəri isə həmin məktəbdə oxuyan və 9-cu sinifdən çıxan 17 yaşlı şəxsdir.

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bıçaqlanan şəxslərin vəziyyəti açıqlanıb.

Bildirilib ki, 25.10.2024-cü il tarixində 14:30 radələrində 2007-ci il və 2008-ci il təvəllüdlü şəxslər (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.


Hər iki şəxsə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub və dərhal əməliyyata alınıb.

Hazırda tibb müəssisəsinin müvafiq şöbələrində müalicələri davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, Xəzər rayonunun Buzovna qəsəbəsindəki 26 nömrəli və 322 nömrəli məktəbin şagirdləri arasında insident yaşanıb. Hadisə zamanı iki yeniyetmə bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə hadisəni törətməkdə şübhəli bilinən F. Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top