Gürcüstanda parlament seçkiləri başa çatdı

REGİON 26 oktyabr 2024, 22:13
Gürcüstanda parlament seçkilərində səsvermə saat 20:00-da başa çatıb.

Mərkəzi Seçki Komissiyasının saat 17:00-a olan məlumatına görə, seçkilərdə seçici fəallığı 50,6 faiz təşkil edib.

Gürcüstanın hakim “Gürcü Arzusu”ndan olan Baş nazir İrakli Kobaxidze hələ səsvermə başa çatmamış bəyan edib ki, onun partiyası seçkilərdə böyük üstünlüklə qalib gəlib. O, seçki məntəqələrindən daxil olan məlumatlara istinad edib.

“Dəyişiklik naminə” müxalifət partiyası koalisiyasının liderlərindən biri Nika Melia brifinqdə deyib ki, “Gürcü arzusu”na qarşı çıxan dörd müxalifət partiyasının hamısı 5%-lik baryeri keçib və parlament çoxluğuna arxalana bilərlər. Onun sözlərinə görə, “Gürcü arzusu” 40%-dən az səs toplayıb.

Hakimiyyətə yaxın “İmedi” telekanalının “exit-poll” nəticələrinə görə, “Gürcü arzusu” 56,1% səs toplayıb. Müxalif “Dəyişiklik” və “Birlik Koalisiyaları - Milli Hərəkat” hər biri 12,6% və 11,6% səs toplayıb.

Müxalif “Formula” telekanalının keçirdiyi “exit-poll”un nəticələri belədir: “Gürcü arzusu” – 40,9%, “Dəyişiklik üçün Koalisiya” – 16,7%, “Birlik – Milli Hərəkat” – 16,7%, “Güclü Gürcüstan” - 10,3%, “Gürcüstan üçün” - 8,2%.(yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 20:37
12 dekabr 2024, 20:13
12 dekabr 2024, 18:00
12 dekabr 2024, 17:26
Top