Gürcüstanda parlament seçkisi: "Gürcü Arzusu" irəlidədir — VİDEO

REGİON 26 oktyabr 2024, 23:25
Gürcüstan Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin baş tutduğunu elan edib.

Oxu.Az xəbər verir ki, saat 20:00-a olan ilkin məlumata görə, seçici fəallığı 58,94 % təşkil edib.

Səslərin 97%-i işlənildikdən sonra "Gürcü Arzusu" 52,99 % səs toplayıb.

Parlamentə, həmçinin 4 müxalifət partiyası daxil olur:

"Dəyişiklik Koalisiyası" - 11,2%, "Vahidlik - Milli Hərəkat" - 9,8%, "Güclü Gürcüstan" - 9%, "Qaxariya - Gürcüstan naminə" - 8,2%.

Qalan partiyalar 5%-lik hıddi keçə bilməyiblər.

Parlament seçkiləri ilə əlaqədar 3 111 seçki məntəqəsi açılıb. Bunlardan 3 044-ü Gürcüstanda, 67-si isə xarici ölkələrdə yerləşirdi. Seçicilərin ümumi sayı 3 508 294 nəfər təşkil edib. Onlardan 3 113 747 nəfəri elektron texnologiyalardan istifadə etməklə öz seçimini edib.

Qeyd edək ki, Gürcüstanın hakim partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə deyib ki, "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası parlament seçkilərində qələbə qazanmasına baxmayaraq, ilkin hesablamalara görə, parlamentdə 90-91 mandat alacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 12:47
21 noyabr 2024, 12:30
Top