İdxal edənlər inhisarçılardır... — Kərə yağı bahalaşır

İQTİSADİYYAT 21 oktyabr 2024, 17:51
Azərbaycanda kərə yağı kəskin bahalaşıb. Ən çox bahalaşma “Belarus” yağında qeydə alınıb. Sentyabrda 18,49 manat olan “Belarus” kərə yağı hazırda 21,99 manata qalxıb. Bu da bir ay ərzində təxminən 20% bahalaşma deməkdir. Digər markalı yağların qiymətində də ciddi artım müşahidə edilir

İqtisadçı Akif Nəsirli Demokrat.az-a açıqlamasında deyib ki, bütün dünyada yağın qiyməti bahalaşır, amma Azərbaycandakı kimi həddən artıq deyil:

“Azərbaycanda kərə yağının bahalaşmasının səbəbi yerli yağ istehsalının minimum səviyyədə olmasıdır. Buna görə də məhsul xaricdən idxal olunur. Xarici məhsulları ölkəyə idxal edənlər inhisarçılardır. Onlar vaxtaşırı manipulyativ xəbərlər yayırlar, guya kərə yağı dünyada çox bahalaşıb və başlayırlar qiymətləri qaldırmağa. 

Azərbaycanda marketlərdə təmiz kərə yağı tapmaq çətin məsələdir. Fabrik üsulu ilə qablaşdırılan yağların hamısının tərkibində bu və ya digər dərəcədə trans yağlar var.  Yağların tərkibi Azərbaycanda qarışdırılır. Qiyməti qaldırıb keyfiyyəti aşağı salırlar ki, daha çox qazansınlar. Bunun həlli inhisarçılığa son qoymaqdır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2024, 12:18
Top