Partlayıcı sursat daşıyan avtomobillər operativ nəqliyyat növü hesab olunacaq — AÇIQLAMA

GÜNDƏM 17 oktyabr 2024, 20:55
Xəbər verdiyimiz kimi, minatəmizləmə əməliyyatlarında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri operativ nəqliyyat vasitələri hesab ediləcək. “Minatəmizləmə fəaliyyəti haqqında” yeni qanun layihəsində bu öz əksini tapıb.

Nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a operativ nəqliyyat vasitələrinin digərlərindən üstünlüyünü açıqlayıb:

“Operativ nəqliyyat vasitələri ixtisaslaşmış qaydada ümumi olaraq istifadə edilən nəqliyyat vasitələrdir.   Operativ nəqliyyat vasitələrinə yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin və feldyeger rabitəsi orqanının, funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycanın ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən avtomobillər aiddir. Bu nəqliyyat vasitələri hərəkətdə olan zaman yolda hərəkət üstünlüyü onlara verilir.  Yol hərəkəti haqqında qanuna uyğun olaraq zolaqlarda üstünlük bu nəqliyyat vasitələrində olur, tıxac zamanı digər avtomobillər onlara yol verməlidir. Mina təmizləmə əməliyyatlarında istifadə olunan nəqliyyat vasitələrinin operativ nəqliyyat növü hesab edilməsini müsbət hal kimi dəyərləndirmək olar. Buna əsasən səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi, habelə partlayıcı sursatların daşınmasında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri operativ nəqliyyat vasitələri hesab ediləcək ”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top