"İqlim dəyişikliyi hərbi əməliyyatlarla sıx bağlıdır" — Politoloq

GÜNDƏM 17 oktyabr 2024, 19:30
"1992-ci ildən bu yana dünyada 28 COP konfransı keçirilib. 29-cu konfransı Azərbaycan öz öhdəliyinə götürüb. Yəqin ki, mütəxəssislər indiyə qədərki konfranslarla builki arasında müqayisələr aparırlar.Mən araşdırmalarıma əsasən deyə bilərəm ki, Azərbaycanda baş tutacaq COP29 konfransı dünya miqyasında daha parlaq və daha aktual bir görüntü yarada bilib. Azərbaycanın konfransda iqlim problemlərini sistemli şəkildə yanaşmanı ortaya qoymaq səyləri özünü göstərir".

Demokrat.az
xəbər verir ki, bu fikirləri açıqlamasında politoloq Aydın Quliyev deyib.

COP29 un ölkəmiz üçün əhəmiyyətini qeyd edən politoloq  bildirib ki,  iqlim dəyişikliyi problemlərinə görə ölkəmizin dövlət, ictimai, siyasi adamları və vətəndaş insitutları prosesə cəlb olunublar. Həmin şəxslərin bunları könüllü şəkildə etməsi aydın şəkildə özünü göstərir:

"Cəmiyyət iqlim dəyişikliyinin qarşısının alınmasının cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğunun fərqinə varır. Eyni zamanda Azerbaycanın əvvəlki COP-lardan fərqli olaraq çoxsaylı yeni təşəbbüslərinin şahidi oluruq. Azərbaycan çox aydın şəkildə dünyaya mesaj verib ki, iqlim dəyişikliyinə görə güclər birləşdirilməli, həmrəylik olmalıdır, dövlətlərarası ittihamlar səsləndirilməməlidir. Bütün bəşəriyyət başa düşməlidir ki, iqlim dəyişikliyi bütün dünya üçün eyni dərəcədə fəsadlar törətmək gücündədir. Baxmayaraq ki, inkişaf etmiş ölkələr iqlim məsələlərinə qarşı daha həssasdırlar. Dünyanın kiçik ada dövlətləri kimi bəzi dövlətlər ümumiyyətlə, karbon emissiyasında məsuliyyət daşımayan ölkələr iqlim dəyişimi fəsadlarından olduqca əziyyət çəkirlər. Digər tərəfdən Azərbaycan digər COP-ların heç birində nail olunmayan ciddi bir hədəf ortaya qoyub. Bu da iqlim maliyyəsinin formalaşması üçün vahid bir dünya fondunun yaradılmasıdır".

Onun sözlərinə görə, Azərbaycanın bu çabasını "sabotaj" edən, oyunpozan kimi yanaşan müəyyən dövlətlər də var:

" Həmin dövlətlər iqlim problemlərinə məsuliyyətli yanaşmır, yaxud problemin ağırlığını başqa dövlətlərin üzərinə yıxırlar. Bu da yolverilməzdir. Azərbaycanın təqdirəlayiq təşəbbüslərindən biri də COP atəşkəsinə nail olmaqdır. Haqlı olaraq Azərbaycan düşünür ki, iqlim dəyişkənliyi hərbi əməliyyatlarla sıx bağlıdır. Atmosferin zəhərlənməsi, insanlar yaşam şəraitinin pisləşməsi, əkin-biçin sahələrinin yanıb, məhv olması iqlim problemləri yaradır. 
Azərbaycanın COP iqlim dəyişikliyinin nəticələrinə yanaşması sistematikdir, konseptualdır. COP-28-29-30- un ev sahibləri qrupunu Azərbaycan təsis edib. Bu da yeni təşəbbüsdür. Azərbaycan öz ölkəsini qazıntı yanacağı ilə təmin edən ölkədir. Buna baxmayaraq, sabahki bəşətiyyət üçün hazırlanan təhlükəni görərək yalnız öz qayğısına qalmır. Əldə etdiyi vəsaiti yaşıl enerji mənbələrinin yaradılmasına yönəldir. Bu da gözəl nümunədir. Azərbaycan COP-29a bununla yeni bir model verəcək".

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top