"Azyaşlıya "yox" deməyi öyrətmək mütləqdir" — AÇIQLAMA

GÜNDƏM 17 oktyabr 2024, 18:32
Cəmiyyətdə artıq yeniyetmələrin azyaşlıları istismar, şantaj etməsi məsələsi ilə qarşılaşırıq. Təbii ki valideyn övladının bu cür hərəkətlər edəcəyini düşünmür. Düşünmədiyi üçün də qarşısını almaq üçün tədbir görmür. Bu problemlərin aradan qaldırılması üçün cinsi tərbiyə uşağın inkişafında böyük rol oynayır. Çünki insan qadağan olunan hər şeyə maraq göstərən varlıqdır. Uşaqlara cinsi tərbiyə verilməsi mövzusunda psixoloq Fidan Canbabazadə Demokrat.az-a danışıb. 

O bildirib ki, yeniyetmə dövrü cinsi tərbiyə üçün əsas dönəm hesab olunur:

"Bu zaman valideynin üzərinə böyük iş düşür. Onları cinsi həyatdan iyrəndirmək, qorxutmaq gələcəkdə ailə həyatı qurduqları zaman olduqca böyük problemlər yarada bilər.Gələcəkdə baş verə biləcək bir çox gözlənilməz hallardan qorunmaq üçün uşağa cinsi münasibət barədə məlumat verərkən, onun insan həyatının təbii bir prosesi olmasını aşılamaq ən doğrusudur.Qeyri-adi görünən proseslər gələcəkdə həmin hadisə ilə kimisə şantaj etmə, hədə-qorxu gəlmə kimi hadisələrin baş verməsi sayını artırır. Yeniyetmə bunun təbii proses olduğunu anlamadığı zaman gördüyü şeyləri gizlədir, qınaq obyektinə çevirir.Cinsi tərbiyə qız, oğlan ayırd etmədən hər iki cinsə aşılanmalıdır. Oğul böyüdən valideynlər onlara öz cinsi oriyentasiyasından istifadə edərək kimlərisə əzməməsini, bunların həm öz həyatı, həm də qarşı tərəf üçün təhlükəli olduğunu öyrətməlidir. Pedofiliyanın yayıldığı bir zamanda həm azyaşlıya "yox" deməyi öyrətmək mütləqdir.Zorakılığa məruz qaldığı halda, bunun onun ayıbı yox, edən şəxsi ayıbı olduğunu, hüquqlarını müdafiə etməyin əsas olduğu aşılanmalıdır".

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top