“20 qəpik pulu saxlayırdım ki, özümə “korjik” alım” — VİDEO

ŞOU-BİZNES 17 oktyabr 2024, 16:24

“Mən zəngin insan deyiləm. Çox sadə həyat tərzim var. Müəllim oğluyam, özüm də müəlliməm. Musiqi müəllimiyəm, 18 illik pedoqoji fəaliyyətim var”.

Demokrat.az olay-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Sahib İbrahimov “Elgizlə izlə” verilişində deyib.

O bildirib ki, kiçik yaşlarından toylara gedərək ailəsini dolandırıb:  

“Kasıb olan vaxtımız da olub. Tələbə vaxtı aclıq da görmüşəm, siçovullarla zirzəmilərdə də yaşamışam. Həyatda elə bir şey yoxdur ki, mən yaşamayım. Kiçik yaşlarından mən ailəmi dolandırmaq kimi yüküm də olub. 13-14 yaşından toylara gedib, qoşa nağara çalmış, oxumuş və evə çörək pulu gətirmişəm. Gətirdiyim pulu da anama verirdim.

Mən Qazaxın kəndindənəm. 7 illik musiqi məktəbinə gedirdim. Bəzən avtobusdan gediş haqqı verməmək üçün qaçdığım vaxtlar olub. Evdən verilən 20 qəpik pulu saxlayırdım ki, özümə “korjik” alım”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top