Xatunun pulunu alıb aldatdılar — FOTOLAR

ŞOU-BİZNES 17 oktyabr 2024, 14:36

Müğənni Xatun Əliyeva dələduzluqla qarşılaşıb. 

Demokrat.az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu haqda özü məlumat yayıb. O bildirib ki, onlayn səhifədən ev üçün əşyalar sifariş ediblər, amma pulu ödədikləri halda əşyalar çatdırılmayıb:

"Biz də adi insanlar kimi bu səhifədən evə dekor sifariş etdik. Beh ödədik. Demək olar ki, məhsulun qiymətinin 50 faizini ödədik. İndi nə malı təhvil verirlər, nə də əlaqə yaradırlar. Ehtiyatlı olun, bu səhifə insanları aldadıb, pul alıb yoxa çıxır. Bu səhifədən heç nə sifariş etməyin".
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top