Məşhur müğənninin qızı narkoman imiş — Kömək istədi (FOTOLAR)

ŞOU-BİZNES 17 oktyabr 2024, 13:25
Tanınmış türkiyəli müğənni Umut Akyürek qızının narkotin aludəçisi olduğunu bildirib.

Demokrat.az
"Hürriyet"ə istinadən bildirir ki, sənətçi sosial media hesabında izləyicilərinə müraciət edib. 

O, qızı Melek Balın narkotik aludəçisi olduğunu bildirib. Ötən ilin iyul ayında qızının iş həyatına başladığını və yeni köməkçisi olduğunu açıqlayan Umut Akyürek bu dəfə kömək istəmək üçün kamera qarşısına keçib:

"Bilmirəm haradan başlayım. Çox fikirləşdim. Əvvəl bir neçə dəfə cəhd etdim ki, bu videonu sizinlə paylaşım, ya yox... Bir yol tapa bilmədiyim üçün indi paylaşmaq istəyirəm. Onsuz da bilirsiniz ki, mənim qızımla bəzi problemlərim var, qatıldığım bir proqramda onun psixoloji pozğunluqları olduğunu ifadə etdim, əslində məsələnin ölçüləri çox fərqlidir. Çünki o da narkotikdən çox şüursuz şəkildə istifadə edir. Təbii ki, şüurlu deyil, ancaq özünü ölüm həddinə çatdırır. O, həm də çox nəzarətsizdir və psixi pozğunluğuna görə özünü saxlaya bilmir".

"Onu hazırda otağa qapatmışam. İki gündür yox idi, yenidən böyük kriz keçirdi. Biz polisə zəng etməli olduq. Əvvəllər də dəfələrlə zəng etmişik. Nəticədə nə olur? Heç nə dəyişmir. Polis gəlib dil tökür, ən yaxşı halda onu nəzarətə götürüb ifadə alırlar və s. Nəticəsi olmur. Bildiyiniz kimi, bir-birinin ardınca yaşadığımız və günlərdir ictimaiyyəti məşğul edən hadisələr var. Həmin maddələrdən istifadə edən gənclərin iştirak etdiyi cinayətlər var. Gənc polis zabitimiz şəhid olub. İki gənc qızımız qətə yetirilib. Bunların hamısının kökündə bu xəstəlik dayanır. Çünki bu uşaqlar ailələri tərəfindən dəfələrlə şikayət olunublar. Onların 20-dən çox cinayətləri var, amma heç bir tədbir görülmür. Bu adamlar sərbəst gəzirlər. Mənim uşağım da bu vəziyyətdədir".

"Müğənni olsam da, gücüm çatmır. O, yetkin olduğu üçün razılığı olmadan xəstəxanaya yerləşdirə bilmərəm. Məhkəmə prosesimiz var və aylardır atası ilə gözləyirik. Çünki qorxuruq ki, nəsə olacaq. Ya öləcək, ya bizi öldürəcək, ya da bizə zərər verəcək. Bundan əvvəl iki dəfə atasına bıçaqla hücum edib. Məni dəfələrlə döyüb. Çünki huşunu itirir. Bu maddə deyilən şey elə bir şeydir".

Qeyd edək ki, Umut Akyürek 2004-cü ildə Oktay Ərtoğrulla ailə qurub. Onların 2005-ci ildə isə qızı Melek Balı dünyaya gəlib.





Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top