Arif Hacılı sərbəst buraxıldı

GÜNDƏM 19 okt 2019, 23:12

Əli Kərimliyə dəstək məqsədi ilə Nəsimi polis bölməsinin qarşısına gedən Müsavat başqanı Arif Hacılı saxlanılıb.

 

Musavat.com xəbər verir ki, bu barədə Müsavat Partiyasının sabiq başqanı Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər öz feysbuk səhifəsində paylaşıb.

 

Musavat.com həmin statusu sizlərə təqdim edir:

 

Mitinqdə saxlanılanlara dəstək məqsədi ilə Nəsimi Polis İdarəsinin qarşısına gedən Müsavat başqanı Arif Hacılı jurnalistlərə açıqlama verərkən saxlanılaraq polis idarəsinə aparılıb.

 

***

İsa Qəmbər daha sonra Arif Hacılının sərbəst buraxıldığını qeyd edib. O, artıq Arif bəyin sərbəst buraxıldığını və jurnalistlərə müsahibə verdiyini bildirib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top