Masallı futbolunun yetirməsi İspaniyada: Əli Kiçikbəyov “Marcet”in “radarı”na düşüb

İDMAN 15 oktyabr 2024, 15:26
Masallı futbol tarixində ilk yaşanır.
 
Demokrat.az xəbər verir ki, 2020-ci ildən fəaliyyət göstərir Masallı PFK-nın yetirməsi 2009-cu il təvəllüdlü Masallı rayon, Tatyanoba kənd sakini Kiçikbəyov Əli Fariz oğlu İspaniyanın Barcelona şəhərində yerləşən "Marcet” futbol akademiyasına transfer olub.

"Masallı” PFK-nın açıqlamasında qeyd edilir ki, Əli Kiçikbəyov 2023/2024 mövsümündə "Turan Tovuz” komandasına transfer edilib. Bundan sonra ASTA (Azerbaijan Sport Talents Academy) Futbol Akademiyası ilə İspaniyanın Barselona şəhərində yerləşən "Marcet” Futbol Akademiyası arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən, 2008-2009-cu il təvəllüdlü 51 futbolçu arasında aparılmış seçimlərin nəticələri məlum olub.
 
15 futbolçu Barselonaya yollanaraq 4 il ərzində ASTA-nın maliyyə dəstəyi ilə "Marcet”də təlim keçəcəklər.

"Marcet” Futbol Akademiyasının məşqçiləri Rive ro Karlos Arias və Ragel Marmol Felipe iyunun 30-dan iyulun 2-dək Bakı Olimpiya Stadionunda ASTA-nın təklif etdiyi futbolçuları sınaqdan keçiriblər. Yeniyetmə idmançıların "Marcet” Futbol Akademiyasında təlimlərə cəlb edilməsi ASTA-nın prezidenti Rafael Bünyatovun təşkilatçılığı ilə baş tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top