Rusiyada Azərbaycan turizm təmsilçiliyinin elan olunması ilə bağlı memorandum imzalanıb — FOTOLAR

TURİZM 15 oktyabr 2024, 09:45
Cari ilin Oktyabr ayının 14 -də Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının mənzil qərargahında Moskva şəhərində fəaliyyət göstərən Mearaj Travel şirkətinin baş direktoru və təsisçisi Əskərzadə Kamal ilə Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev  arasında Rusiya Federasiyası ərazisində təmsilçiliyinin  elan olunması ilə bağlı memorandum imzalanmışdır.

İmzalanmış memoranduma əsasən fəaliyyət istiqamətləri aşağıda qeyd olunan qaydada sıralanmışdır:

-    RF vətəndaşlarının Azərbaycan  sağlamlıq və termal  turizm potensialı haqqında məlumatlandırılması
-    Potensial alıcılarla marketinq danışıqlarının aparılması və görüşlərin təyin olunması
-    Xidmətlərin təşviqi ilə bağlı tədbirlərdə iştirakın təmin olunması 
-    Yeni alıcıların cəlb olunması istiqamətində satış yönümlü zənglərin yerinə yetirilməsi
-    Partnyorlarla mütəmadi görüşlərin və danışıqların təyin olunması
-    Etibar edən tərəf adından bütün sərgilərdə və konfranslarda iştirak edərək onun şəxsi maraqlarını və xidmətlərini təmin etmək
-    Azərbaycan turizm potensialının ölkə ərazisindı təşviq olunması
-    Rusiya Federasiyası ərazisində Azərbaycan sağlamlıq və termal turizmi haqqında reklam xarakterli məlumatların təqdim olunması
-    Alıcıların məlumatlandırılması ilə əlaqəli fəaliyyət və nəticələr barəsində hesabatların təqdim olunması.

Görüş zamanı həmçinin 2025-ci il üçün fəaliyyət planının ilin sonuna qədər təqdiqlənməsi nəzərdə tutulmuşdur.


Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top