Professor: “Qərb Gürcüstan hakimiyyətinə təzyiq göstərməyə çalışır”

GÜNDƏM 15 oktyabr 2024, 09:25

Hazırda Gürcüstanda daxili vəziyyət mürəkkəbdir və hakimiyyətə Qərbin təzyiqi hiss edilir.

Demokrat.az xəbər verir ki, bunu əslən Gürcüstandan olan azərbaycanlı, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq Jurnalistika və informasiya siyasəti kafedrasının professoru Həmid Vəliyev “Report”a açıqlamasında oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu vaxta qədər bəzi Gürcüstan liderləri həmişə Qərbə meyl edib:

“Mən Gürcüstan SSR-nin əməkdar jurnalisti olaraq Gürcüstanın mənəviyyatını, ədəbiyyatını və etnoqrafiyasını yaxşı bilirəm. Şübhəsiz ki, Gürcüstan hakimiyyətinə qərb təzyiq göstərməyə çalışır və bu aydın şəkildə hiss edilir. Ölkənin bu günə qədər olan bir sıra dövlət rəsmiləri da Qərbə meyl edib və onların təzyiqini müəyyən mənada qəbul edib”.


Həmid Vəliyev

Professor həmin qüvvələrin öz aralarında da bəzi fikir ayrılıqları yaşadığını bildirilib:

“Gürcüstan vətəndaşlarının arasında qərbpərəst qüvvələr qədər Rusiya ilə münasibətləri yenidən qurmağa çalışanlar da az deyil”.

Qeyd edək ki, Qərbin Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərində prosesə müdaxilə edəcəyinə dair iddialar var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top