Rusiya XİN: "Cənubi Qafqazda təxribatların qarşısının alınması vacibdir"

DÜNYA 14 oktyabr 2024, 23:57
"Moskva Gürcüstanda təxribatların qarşısının alınmasını vacib sayır. Əks təqdirdə bu, eskalasiyaya səbəb ola bilər".

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə BMT-nin Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Beynəlxalq Cenevrə Müzakirələrinin həmsədri Cihan Sultanoğlu, ATƏT üzvləri və
Avropa İttifaqının nümayəndə heyətləri arasında keçirilən görüşün yekunlarına dair məlumatda deyilir.

Bildirilir ki, görüşdə tərəflər 2024-cü il noyabrın əvvəlinə planlaşdırılan Cenevrə müzakirələrinin növbəti raundu kontekstində cari məsələləri müzakirə ediblər.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top