“Bilməlidirlər ki, evləri suyun altında qalacaq...” — Bu ərazilərdə yaşayış təhlükəlidir

GÜNDƏM 14 oktyabr 2024, 11:54
Bir neçə gündür yağan leysan xarakterli yağışlar bölgələrdən fəsadsız ötüşməyib. Hacıqabulda 500-dən artıq fərdi yaşayış evi və həyətyanı sahəyə su dolub. Hacıqabul rayon İcra Hakimiyyətindən bildirilib ki, iki-üç günə sular çəkiləcək. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazi cəlb olunub, yığılıb qalmış sel sularının nasoslarla çəkilməsi prosesinə başlanılıb. Təbii fəlakət nəticəsində enerji verilişində də fasilələr yaranıb, lakin problem qısa zamanda həll olunub. 

Ekoloq Ənvər Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, güclü yağış yağan vaxtlar bu cür hadisələrin baş verməsi normaldır:  

“Biz təbiətdən nəticə çıxara bilmirik. 50-60 illik ömrümüz boyu hansı hadisələri görürüksə, elə bilirik təbiət budur. Təbiətin yaşı milyardlarladır, hadisələr təkrarlanır. Çayın yatağında ev tikən, təsərrüfat quran insanlar bilməlidirlər ki, sel gələndə evləri, həyətləri, əkin sahələri suyun altında qalacaq. Yəni, səhv insanlardadır, ya özləri çay yatağında yaşayış formalaşdırıblar, ya da bələdiyyələr həmin əraziləri pulla satıb, ev tikməyə icazə verib. Yaşayış məntəqələri salarkən yerləşdiyi yerə diqqət etmək lazımdır. Su problemləri həmişə yaşanıb. Təbiətin qanunudur bu”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top