İntihar edən əsgərlərlə bağlı işlərdə onları intihara sövq edən həmkarlarına qarşı cinayət işi açmaqla yanaşı, bu hadisənin sosial səbəblərini də dərindən araşdırmaq lazımdır.
Bu sözləri politoloq Stepan Danielyan Mehridəki hərbi hissədə əsgərin intihar etməsi barədə qeyd edib.
O bildirib ki, zabitlərin hazırlıq səviyyəsinin aşağı olması araşdırılmalı, onların səlahiyyəti azaldılmalı, müdafiə naziri, onun müavinləri və baş Qərargah rəisinin qeyri-peşəkarlığına diqqət edilməlidir.
“İndi görəsən neçə əsgər intihar etmək barədə düşünür?” - politoloq sual edib.
Qeyd edək ki, Ermənistanda son əsgər intiharı ötən gün olub. Belə ki, Mehridə hərbi hissələrdən birində xidmət edən Aqasi Dəlləkyan adlı əsgər özünü güllələyərək öldürüb. (Axar.az)