Mobil telefondan istifadə qalxanabənzər vəzdə xərçəng yaradır? — VİDEO

MARAQLI 13 oktyabr 2024, 09:11
Son dövrlərdə uşaqlar və gənclərdə qalxanabənzər vəz xərçənginin artdığı müşahidə edilir.

Demokrat.az-ın məlumatına görə, bu iddianı ölkədəki endokrinoloqlar irəli sürüblər.

Mütəxəssislərin fikrincə, ətraf mühitdə artan şüalanma, xüsusilə mobil telefonlar və digər elektron cihazlardan istifadənin yayılması uşaqlar və yeniyetmələr arasında endokrin problemlərin artmasına səbəb olur.

Endokrinoloqlar bildirirlər ki, uşaqlar və yeniyetmələrdə radiomaqnit dalğaların təsiri ilə yaranan dəyişikliklər böyüklərə nisbətən daha çox müşahidə edilir.

Endokrinoloq Mədinə Dilbazinin sözlərinə görə, endokrin problemlərin qarşısını almaq üçün uşaqları mobil cihazlardan uzaq tutmaq, yaxud ən azından şüa yaymayan ekran qoruyucularından istifadə etmək məsləhətdir. Həmçinin, ətrafdakı şüalanmanı azaltmaq məqsədilə yuxudan iki saat əvvəl mobil cihazları söndürmək vacibdir.

Ətraflı süjetdə:
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top