Quranda da qohum evliliyinə məcburiyyət yoxdur — Fazil Mustafa

GÜNDƏM 12 oktyabr 2024, 17:43
Azərbaycandakı dini təhsil müəssisələrinin proqramlarına erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzuların daxil ediləcəyi bildirilib. Ancaq bəzi iddialara görə, bu addım ənənəvi dini baxışlarla üst-üstə düşmür, belə məsələlər dində qadağan edilməyib. Əksinə, tarixə nəzər salsaq, dini ilk qəbul edən şəxslər arasında bu kimi nümunələrlə tez-tez qarşılaşarıq.

Modern.az mövzu ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa ilə həmsöhbət olub. 

Deputat bildirib ki, sözügedən addım dünyəvi dövlətin prinsilərinə uyğun məsələdir, ona görə də hər hansı şəkildə kiminsə buna irad bildirməsi məntiqsizdir. 

“Biz dini deyil, dünyəvi dövlətik. Ölkəmizdə də dindarların öz yaşam tərzi var, amma onların hər biri Azərbaycan Respublikasının Konstitusyasına tabedir, bu baxımdan təhsil müəssələrində bu cür maarifləndirici dərslərin keçirilməsində heç bir ziddiyyətdən söz gedə bilməz”. 
 

Fazil Mustafa onu da qeyd edib ki, Quranda erkən nikah və ya qohum evlilikləri ilə bağlı məcburiyyət yoxdur:

“Adıçəkilən məsələlərlə bağlı dində qadağanedici və ya təşviqedici normalar yoxdur. Hətta olsa belə, dövlətin Konstitusiyasında nə nəzərdə tutulursa və qanunlarda bu kimi fəaliyyətlər qadağan olunursa, hər hansı bir şəkildə bunu tələb etmək qanun pozuntusu sayılır". 

“Burada heç bir dindarı incidəcək addım yoxdur, bu məsələyə də normal yanaşılmalıdır. Təhsildə bunun maarifçilik baxımından təbliğatının qurulması işin ancaq faydasına xidmət edir”- deyə sonda o qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top