Politoloq NATO-nun dağılması ilə bağlı açıqlamanı dəyərləndirib

DÜNYA 11 oktyabr 2024, 20:38
Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı elmi işçisi, amerikalı Konstantin Bloxin fransız tarixçi Emmanuel Toddun  NATO-nun dağılmasından sonra Avropanın azad olacağı ilə bağlı bəyanatını şərh edib.

Demokrat.az xəbər verir ki, ekspertin fikrincə, Şimali Atlantika Alyansının mövcudluğunu dayandırmaq ehtimalı yoxdur.

“Bəli, Qərb ölkələrinə böyük imic ziyanı dəyəcək, lakin Avropanın qurtuluşunu çətin ki, gözləmək olar, çünki Avropanın özü xüsusilə NATO-nun təsirindən xilas olmaq istəmir". 

O əlavə edib ki, Avropa hələ də ABŞ-ın xarici siyasətindən sonra hərəkət edir və NATO-ya təhlükəsizlik aləti kimi baxır.

Todd İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində dediyi kimi , ABŞ-ın Ukraynadakı münaqişədə məğlubiyyəti Şimali Atlantika Alyansının dağılmasına və Avropanın Amerikanın nəzarətindən azad edilməsinə gətirib çıxaracaq.

Alimin sözlərinə görə, Avropa Qərb təmsilçiliyini Vaşinqtona həvalə edib və indi bunun nəticələrini ödəyir. Lakin Aİ-nin taleyini indi Ukraynadakı münaqişə həll edir.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top