“Statistika bütün abort hallarını qeydə ala bilmir” — Nəzarət olmalıdır

GÜNDƏM 11 oktyabr 2024, 19:36
Beynəlxalq qız övladları günündə selektiv abortlar gündəmə gəlir. Təəssüf ki, hər il Azərbaycanda selektiv abortların sayı artır, məhz cinsiyyətinə görə qız uşaqları doğulmamış öldürülür. Ölkədə hamiləliyin müəyyən həftəsinə qədər dölün cinsiyyətinin açıqlanması qadağandır. Amma qız uşağını istəməyən ailələr bunu bilən kimi abort etdirirlər.

Ginekoloq Təranə Həsənova Demokrat.az-a açıqlamasında bildirib ki, hamiləlik zamanı dölün cinsiyyətinin deyilməsinə qadağa qoyulub, amma buna əməl edilmir: 



“Bu qaydaya nəzarət edən mexanizm mövcud deyil. Düşünürəm ki, belə bir mexanizm olmadığı üçün də qadağa pozulur. Abort etdirmək istəyən insanlar da bundan yararlanırlar, qız uşaqları selektiv aborta məruz qalırlar. 

Abortlarda artım müşahidə olunur. Lakin statistika bütün abort hallarını göstərmir. Bəzi hallarda qadınlar özləri müəyyən preparatlar qəbul edərək hamiləliyin sonlandırılmasına nail olurlar. Bu hallar qeydə alınmır. Selektiv abortların sayı artmağa davam edir, çünki bizdə oğlan uşaqlarına sevgi daha çoxdur, qızlar ayrı-seçkiliyə məruz qalırlar”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top