Daha bir hərbi komissar saxlanıldı

HƏRBİ 11 oktyabr 2024, 19:49

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Sadiq Əliyev saxlanılıb.

Demokrat.az “Qafqazinfo”ya istinadən bildirir ki, S.Əliyev külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

İş üzrə Respublika Hərbi Prokurorluğunda istintaq aparılır.

Qeyd edək ki, saxlanılan mayor Əliyev bundan əvvəl Quba və Mingəçevirin hərbi komissarı olub.

Onu da əlavə edək ki, yaxın müddətdə bir neçə indiki və sabiq hərbi komissar həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top