"İran və Rusiyanın bir-birinə strateji cəhətdən ehtiyacı var" — AÇIQLAMA

GÜNDƏM 11 oktyabr 2024, 21:26
"İran Ukrayna savaşında Rusiyanı ən yaxından dəstəkləyən dövlətlər sırasındadır. Artıq hər kəsə məlumdur ki, İrandan Rusiyaya hər cür təchizat və silah-sursat göndərilib. Onların sırasına müxtəlif raket sistemləri və PUA-lar daxildir. Bunu Qərb siyasi dairələri dəqiqləşdiriblər. Ukrayna silahlı qüvvələri İrana məxsus raket və PUA qalıqlarını dəfələrlə qeydə alıb, dəlil kimi təqdim ediblər". 

Bu sözləri Demokrat.az-a Elçin Xalidbəyli deyib. 

"Məsələ ilə bağlı dərinə getdikdə İrana sanksiyaların tətbiq edilməsi baş verə bilər. İndiki vəziyyətdə İran və Rusiyanın münasibətlərində hər hansı problemin yaranacağı inandırıcı görünmür. Çünki hər iki ölkənin bir-birinə strateji cəhətdən ehtiyacı var. Putin də İran lideri ilə görüşündə Rusiyanın İran ilə münasibətlərini strateji prioritet olaraq qabartmağa üstünlük vermişdi. Bütün bunları nəzərə alaraq iki ölkə arasında əməkdaşlığın bundan sonra da davam edəcəyini deyə bilərik".

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top